FHN: Zabrat Hava Limanı ərazisində təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti Zabrat Hava Limanı ərazisində təlim keçirib.
FHN-nin mətbuat xidmətindən PAŞATv-ə verilən məlumata görə, təlimin keçirilməsində məqsəd şəxsi heyətin qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlimə Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun 10 nəfərdən ibarət şəxsi heyəti və 10 xüsusi təlim keçmiş xidməti it cəlb olunub.
Təlim zamanı kinoloji taborun əməkdaşları sərnişinlərin və xidməti personalın təxliyəsi, şərti partlayıcı qurğunun aşkarlanması, zərərsizləşdirilməsi və digər operativ tədbirlər üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.
