Ermənistanda respondentlərin 98,5 faizi Azərbaycanı düşmən dövlət sayır - SORĞU
Ermənistanda respondentlərin 98,5 faizi Azərbaycanı düşmən dövlət sayır.
YAZTV xəbər verir ki, bu, ABŞ-nin “Gallup” Beynəlxalq Sosial-Araşdırmalar Mərkəzinin Ermənistanda keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.
Bundan başqa, respondentlərin 93,2 faizi Türkiyəni də dost olmayan dövlət adlandırıb.
Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 29,7 faizi Rusiyanı dost ölkə hesab edir. Onların 43 faizi isə bu ölkəni Ermənistanın dostu olmayan dövlət sayır.
Respondentlər aşağıdakı ölkələri Ermənistanın dostu kimi qiymətləndiriblər: Fransa (78,1 faiz), Hindistan (68,5 faiz), İran (57,8 faiz).