KİV: Paşinyan Brüsseldə istədiyini almadı, Ermənistan məyus olub
Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyası aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula don der Lyayen və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell arasından keçirilən görüşün nəticəsindən şoka düşüb.
YAZTV xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri yazıb.
Qeyd olunub ki, N.Paşinyan Brüsseldə istədiyini almayıb.
Məqalədə bildirilib ki, hakim partiya Avropa İttifaqı və ABŞ-dən milyardlarla dollar yardım gözləyirdi, ancaq növbəti 4 il üçün yalnız 350 milyon avro və qrant şəklində dəstək vəd edilib.
Qeyd olunub ki, Vətəndaş Müqaviləsi Partiyası Qərbin Ermənistanın mövcud hökumətinin “fədakarlıqlarını” qiymətləndirmədiyinə görə məyus olub: “Dünən hakimiyyət dairələri bir-birilərinə təsəlli verirdilər. Onlar Nikol Paşinyanın hansısa gizli razılaşmaya nail olduqlarına ümid edirlər. Amma ürəklərində Paşinyanla görüşü və məsələnin aydınlaşdırılmasını səbrsizliklə gözləyirlər”.