Daxili işlər orqanları ötən gün ərzində törədilmiş 30 cinayətin üstünü “isti izlər”lə açıblar


Daxili İşlər Nazirliyi (DİN) aprelin 9-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən PAŞATv-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 30 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.