“Gəncə” voleybol klubunda yeni müqavilə imzalanıb

“Gəncə” voleybol klubunda yeni müqavilə imzalanıb. 

YAZTV kluba istinadla xəbər verir ki, İbrahim İbrahimov menecer kimi “Gəncə” VK-ya cəlb edilib. Müxtəlif qurumlarda çalışan yeni əməkdaşımız İkinci Qarabağ müharibəsində iştirak edib.

İbrahim İbrahimov Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. O, həmçinin “Vətən müharibəsi iştirakçısı” medalına da layiq görülüb.