“Gəncə” klubu Azərbaycan millisinin iki voleybolçusunu transfer edib

Yeni mövsümə hazırlığı davam etdirən “Gəncə” heyətini yeni voleybolçularla gücləndirib.

Bu barədə YAZTV-yə bölgə təmsilçisindən məlumat verilib.

Azərbaycan millisinin üzvləri Yuliya Kərimova və Nərminə Musayeva ilə müqavilə imzalanıb.