"Gəncə" VK Azərbaycan Voleybol Federasiyasının "Kids Volleyball" layihəsini uğurla icra edir

Azərbaycan Voleybol Federasiyasının həyata keçirdiyi "Kids Volleyball" layihəsinin bölgələrdə inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. "Gəncə" VK-nın Sağlam Ailə Tibb Mərkəzinin Gəncə "UltraLab" filialı ilə əməkdaşlığı çərçivəsində növbəti görüş təşkil olunub. 

YAZTV xəbər verir ki, görüş zamanı Azərbaycan Voleybol Federasiyasının idmanın bu növünün ölkəmizdə təbliği, kütləviləşməsi və uşaq voleybolunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışılıb. 

Sonra uşaqlara Gəncə "UltraLab" filialı tərəfindən il ərzində 1 dəfə ödənişsiz tam müayinə üçün tibbi kartlar, həmçinin il ərzində 30 faizədək endirim paketləri təqdim olunub. 

"Gəncə" VK-nın "Kids Volleyball" komandasının   üzvlərinə 50 ədəd forma təqdim olunub.

Sonda "Kids Volleyball" komandasının nümunəvi məşqi təşkil olunub və voleybolçular müxtəlif təmrinləri yerinə yetiriblər.