Sabiq Baş İdarə rəisi Həmid Nəsirov yeni vəzifəyə təyin edilib
Ləğv olunmuş Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Dövlət Turizm Agentliyinin müvafiq əmri ilə Gəncə Regional Turizm İdarəsində rəis müavini vəzifəsinə təyinat alıb.
YAZTV xəbər verir ki, Həmid Nəsirov bundan öncə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında məsləhətçi, Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatında Hüquq şöbəsinin müdiri və axırıncı təyinatadək 2020-2023 cü illərdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifələrində çalışıb. 1-ci ixtisas dərəcəli dövlət qulluqçusudur. Həmçinin o, "Kəpəz" Peşəkar Futbol Klubunun İdarə heyətinin üzvü və Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının ərazi partiya təşkilatının sədridir.