“Gəncə” VK ilə DNK İstanbul Hospital arasında sponsorluq müqaviləsi imzalanıb
“Gəncə” VK ilə DNK İstanbul Hospital arasında sponsorluq müqaviləsi imzalanıb.
Klubdan YAZTV-yə verilən məlumata görə, müqaviləni “Gəncə” VK-nın prezidenti Elvar Osmanov və DNK İstanbul Hospitalının baş həkimi Səbinə Baratzadə imzalayıblar.
Bir mövsümlük imzalanan müqaviləyə əsasən, DNK İstanbul Hospitalı “Gəncə” VK-nın sağlamlıq sponsoru olacaq, komandaya ödənişsiz şəkildə müayinə, müalicə, tibbi baxış və sair kimi xidmət göstərəcək. Əvəzində isə komandanın ev oyunları zamanı meydançada yerləşən reklam lövhələrində, voleybolçuların formalarında DNK İstanbul Hospitalının loqosu yerləşdiriləcək. Kluba məxsus sosial media səhifələrində tibb müəssisəsinin loqosunun yer alacağı paylaşımlar ediləcək və başqa marketinq xidmətləri də göstəriləcək.
2005-ci ildən Gəncədə fəaliyyətə başlayan DNK İstanbul Hospitalda poliklinikal xidmətlər, müasir laboratoriya, radiologiya (USM, KT, MRT, Rentgen), cərrahiyə, stasionar və təcili tibbi yardım xidmətləri mövcuddur.