Tarixin ən böyük kitabı - 1112 cildlikdir, oxumağa neçə il lazımdır?


Tarixdə məlum olan ən çox cildlik kitab barədə maraqlı faktları təqdim edirik.

1968-ci ildə tarixin ən çox cildlik kitabının nəşrinə başlanılıb. Bu proses 1972-ci ildə başa çatıb. Kitab min cilddən çox çap olunmalı idi.

Bu, Britaniya Parlament Sənədləri kolleksiyasını təşkil edən kitabların sayıdır.

1112 cilddən ibarət tam dəstin qiyməti 50 min funt sterlinqdir.

Kolleksiyaya daxil olan kitabların ümumi çəkisi üç tondan artıqdır.

Orada təqdim olunan bütün parlament sənədlərini tam oxumaq üçün hər gün 10 saat olmaqla 6 il vaxt lazımdır. 

Təqdim olunan bütün sənədlərlə tanış olmaq istəyən ən azı bir nəfərin olub-olmadığı məlum deyil. Bununla belə, bu böyük əsər Ginnesin Rekordlar Kitabında yer alıb.

© Lent.az