"Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşdi


Futbol üzrə İkinci Liqa təmsilçisi "Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib.

YAZTV xəbər verir ki, komanda Vüqar Nadirov ilə 1+1 illik müqavilə imzalayıb. 

Mütəxəssis son olaraq İkinci liqanın digər təmsilçisi "Hypers Guba"nı çalışdırıb. 

Qeyd edək ki, “Şəmkir” klubu hazırda 13 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.