Nazir Fahrettin Koca: Türkiyədə yeni yoluxmaların 85 faizini “Britaniya” ştammı təşkil edir
Türkiyədə aşkarlanan koronavirus (COVID-19) infeksiyasına son yoluxmaların 85 faizi virusun “Britaniya” ştammıdır. Bundan başqa, ölkənin 11 vilayətində 285 nəfərdə virusun “Cənubu Afrika”, 9 vilayətdə 166 nəfərdə isə “Braziliya” növləri aşkarlanıb.
PAŞATv xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca ictimaiyyətə açıqlamasında bildirib. Nazir diqqətə çatdırıb ki, ölkə əhalisinin 80 faizi COVID-19 virusunun riskinin yüksək olduğu bölgələrdə yerləşir.
Qeyd edək ki, Ramazan ayında koronavirusun yayılma riskinin qarşısını almaq üçün əlavə tədbirlər görüləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə aprelin 13-də keçiriləcək hökumətin iclasında bu məsələ müzakirə olunacaq və dövlət başçısı qəbul olunacaq qərarları ictimaiyyətə açıqlayacaq. (AZƏRTAC)