Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib


Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.


Bu barədə YAZTV-ə Müdafiə Nazirliyindən bildirilib.


Faktla bağlı araşdırma aparılır.


Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.


Allah rəhmət etsin!