Gürcüstanın xarici ticarəti birinci rübdə 0,3 faiz azalıb


Gürcüstanın xarici ticarəti cari ilin birinci rübündə 0,3 faiz azalıb. İlin ilk 3 ayında Gürcüstan xarici ölkələrlə 2 milyard 773,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib.

PAŞATv xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilir.

Bildirilir ki, yanvar-mart aylarında Gürcüstanın xarici ticarətdə ixracının dəyəri illik müqayisədə 5,3 faiz artaraq 821,1 milyon dollara çatıb. İdxalının dəyəri isə 2,4 faiz azalaraq 1 milyard 952,4 milyon dollar təşkil edib.

Gürcüstanın xarici ticarətində 1 milyard 131,4 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,8 faizdir.(AZƏRTAC)