Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir


Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin sığortalanması üçün açıq tender elan edib.

YAZTV xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini dekabrın 10-na qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 10-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.