Baş İdarə rəisi Həmid Nəsirov "Kəpəz" PFK-nun futbolçusunu ziyarət edib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Kəpəz Peşəkar Futbol Klubunun İdarə heyətinin üzvü Həmid Nəsirov
PAŞATv xəbər verir ki, Kəpəz klubunun əsas oyunçularından biri, Azərbaycan Milli Yığma Komandasının alt yaş qrupunun üzvü Ümid Səmədovu müalicə aldığı klinikada ziyarət etmişdir.
Baş İdarə rəisi Həmid Nəsirov son dövrlərdə Kəpəzin ölkə yarışlarında kifayət qədər layiqli oyun nümayişindən söz açmış və klubun idarə heyəti adından Ümidə tezliklə sağalmasını arzulamış və ən qısa zamanda yaşıl meydana dönərək uğurlu nəticələr göstərməsini diləmişdir.