Elşən Abbasov: "Qalib ölkənin güclü sərkərdəsi - İLHAM ƏLİYEV!"

Elşən Abbasov: "Qalib ölkənin güclü sərkərdəsi - İLHAM ƏLİYEV!"

Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Prezident İlham Əliyev isə bu gücə söykənərək, xalqın inam və etimadını istinad nöqtəsi olaraq dəyərləndirmiş, qəbul etdiyi bütün taleyüklü qərarlarda yalnız xalqın mənafeyini rəhbər tutmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Bilirsiniz ki, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədricən neftdənkənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir, bu sahə dövlət siyasətinin pioritetləri sırasında mühüm yerlərdən birini tutur. Bu prosses 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən başlanıb desək, yanılmarıq.
Azərbaycanın modern idman infrastrukturuna malik ölkə olması hər kəsin qəbul etdiyi reallıqdır. Bu fikri Bakıda nüfuzlu beynəlxalq yarışların təşkilinin ənənəyə çevrilməsi bir daha təsdiqləyir.
“Odlar diyarı”mız ilk Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, Formula 1 üzrə Qran prilərin, Avropa Yay Gənclər Olimipya Festivalının ünvanı oldu. Turnirlər ən yüksək standratlara cavab verən səviyyədə keçirildi, Azərbaycan yeni standartlar müəyyənləşdirdi və bütün dünyaya göstərdi ki, sülhün və sabitliyin hökm sürüyü müstəqil, heç bir ölkədən asılı olmayan azad məkan nümunəsidir. Bu yarışlarda xalqımızın mübarizliyi ön plana çıxdı, dünya idman ictimaiyyəti həmçinin prezident İlham Əliyevin rəhbərliyi ilə irqindən, dinindən asılı olayaraq insanlarlın ölkəmizdə azad yaşamaq hüququnun qorunduğunun bir daha şahidi oldu.
2016-cı il yay olimpiadası təmsilçilərimiz üçün əlamətdar olub. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən yarışları idmançılarımız 1 qızıl, 7 gümüş, 10 bürünc mükafat, ümumilikdə 18 medalla 207 komanda arasında 15-ci yerdə tamamladı. İştirakçı sayına düşən medallara görə atletlərimiz bütün ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Çin və Almaniya kimi güclü komandaları gedirə qoydular. İndi atletlərimiz Tokio Olimpiadasında yeni naliyyələr qazanmaq əmzi ilə hazırlığı davam etdirirlər. Bütün bunlar belə bir əminlik yaradır ki, idmançılarımız prezident İlham Əliyevin rəhbərliyi ilə olimpiya ideyalarına sadiq qalacaq, dünya idman hərəkatının ən fəal üzvlərindən biri kimi yenə diqqət mərkəzində olacaq və zəfər salmanəsinə yeni-yeni parlaq səhifələr yazacaq.
Ölkə başçıqı İlham Əliyev deyir ki, ləyaqət, ədəb-ərkanı, insalara xoş münasibət, vətənpərvərlik hissini heç bir halda keçmişdə qoymaq olmaz. Azərbaycan prezidenti bənzərsiz bacarığı, qibtəolunacaq qabiliyyəti ilə yanaşı, səmimiyyəti ilə də insanların rəğbət və hörmətini qazanıb.

Və ən nəhayət “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu. “Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı.

Prezident İlham Əliyev güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafına toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışır. Ali Baş Komandan xalqdan aldığı tükənməz gücü isə öz işgüzar, tarixi və geniş fəaliyyəti ilə xalqa qaytarır.
Hörmətli cənab Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edir, Müzəffər Ali Baş Komandana uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıram!

Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov.