Neft bahalaşır

Neft bahalaşır

Dünya birjalarında neft qiymətləri bahalaşır.

YAZTV xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,58 dollar artaraq 71,89 dollar olub.

 Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,81 dollar bahalaşaraq 69,62 dollara satılır.