Qarabağ balı Fransaya ixrac olunacaq

Qarabağ balı Fransaya ixrac olunacaq

Qarabağ balı Avropa bazarlarına və ərəb ölkələrinə ixrac olunacaq.

Bunu YAZTV-yə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

O bildirib ki, yerli bal uzun müddət ermənilər tərəfindən "Karvaçar" qondarma adı ilə uzun müddət Fransada satılıb: "Biz tezliklə bu vəziyyəti düzəltməyi və Kəlbəcər balını Fransaya əsil adı ilə ixrac etməyi planlaşdırırıq".

Onun sözlərinə görə, Qarabağda iqtisadi fəallığın bərpası ölkədə bal istehsalının həcminin kəskin artmasına gətirib çıxaracaq:

 

"Azad edilmiş ərazilərdə təxminən 300 min arı ailəsinin yerləşdirilməsi planlaşdırılır. Bu, bal istehsalı həcmini ildə təxminən 4,5-5 min ton artıracaq".