Neft bahalaşdı

Neft bahalaşdı

Dünya bazarlarında neftin bahalaşması davam edir.

YAZTV xəbər verir ki, "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 2014-cü ilin oktyabr ayından ilk dəfə olaraq 88 ABŞ dollarını ötüb. Hazırda sözügedən markalı neftin qiyməti 88,39 ABŞ dolları təşkil edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,98% artaraq 86,43 dollar təşkil edib.