Neft cüzi bahalaşıb

Neft cüzi bahalaşıb

Dünyada neftə olan tələbin artması perspektivləri və təklifin kifayət qədər olmaması “qara qızıl”ın bahalaşmasına səbəb olub.

YAZTV xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,53% bahalaşaraq, 1 bareli 85,88 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,4% artaraq, 1 bareli 83,63 ABŞ dolları təşkil edib.

İnvestorlar OPEC+ təşkilatının fevralın 2-nə planlaşdırılmış növbəti iclasını gözləyirlər. Avqust ayından etibarən alyans neft hasilatını hər ay gündəlik 400 min barel artırır. Analitiklərin fikrincə, dünyada neft hasilatı aşağı templə artacaq.

Bundan başqa, analitiklərin fikrincə, Rusiya və Ukrayna arasında münasibətlərdə getdikcə artan qeyri-müəyyənlik neft qiymətlərinin artmasına təsir göstərir.