Qızıl cüzi bahalaşıb

Qızıl cüzi bahalaşıb

ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda qızıl cüzi bahalaşıb.

YAZTV birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,13% və ya 2,4 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 827,15 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,05% artaraq 1 unsiyası 21,198 ABŞ dolları təşkil edib.

Qiymətli metalın qiymətinin artmasına ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması təsir göstərib. ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 3,194%-dən 3,177% səviyyəsinə düşüb.

İnvestorlar “Böyük yeddilik” (G7) ölkələrinin Rusiyanın qızıldan əldə etdiyi büdcə gəlirlərini məhdudlaşdıracaqları ilə bağlı bəyanatından sonra hadisələrin necə cərəyan edəcəyini izləyirlər. ABŞ Prezidenti Cozef Bayden isə G7 ölkələrinin Rusiyadan qızıl idxalını qadağan edəcəklərini bəyan edib.