Xırdalanın bu ərazilərində işıq olmayacaq

Xırdalanın bu ərazilərində işıq olmayacaq

“Azərişıq” ASC vətəndaşlara xəbərdarlıq edib.

Qurumdan YAZTV-ə verilən məlumata görə, Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən bəzi xətlərdə SİP kabellərin yeni AVVQ kabellər ilə əvəzlənməsi işləri aparılacağından bu gün saat 13:30-dan 16:00-dək Kənd Xırdalan, C.Cabbarlı, Adıgözəlov, 28 May və R.Axundov küçələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.