YAP-a yeni mətbuat katibi təyin edilib

YAP-a yeni mətbuat katibi təyin edilib

Yeni Azərbaycan Partiyasına (YAP) yeni mətbuat katibi təyin edilib.

YAP-dan  verilən məlumata görə, Elməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

YAP-ın əvvəlki mətbuat katibi Hüseyn Paşayev isə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsi ilə əlaqədar olaraq öz vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Quliyev bundan əvvəl Dövlət Statistika Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.