Prezident Çingiz Hüseynzadəni təltif edib

Prezident Çingiz Hüseynzadəni təltif edib

Azərbaycan Respublikasında Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Çingiz Muxtar oğlu Hüseynzadə “Şərəf” ordeni ilə təltif edilib.

YAZTV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, iyulun 21-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin 70 yaşı tamam olur.