Milli Məclis hibrid avtomobillərin vergidən azad edilməsi layihəsini qəbul edib

Milli Məclis hibrid avtomobillərin vergidən azad edilməsi layihəsini qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

YAZTV-nin xəbərinə görə, dəyişikliklə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.