Azərbaycan və Özbəkistan prezidentləri İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar
Sənübər Qocayeva

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.
YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.