Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - Foto
Sənübər Qocayeva

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edib.
YAZTV xəbər verir ki, bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb.
***
Dövlət başçısı eyni zamanda Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edib.


