Ceyhun Bayramov səfirin öldürülməsi ilə bağlı İtaliyaya başsağlığı verib
2021-02-22 21:00:00

“İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luca Attanasio və karabiner bir əsgərin BMT konvoyuna edilən qorxunc hücum nəticəsində öldürülməsindən dərindən kədərləndim”.
YAZTV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb.
“Həlak olanların ailələrinə və dost İtaliya xalqına başsağlığı veririk”, - nazir vurğulayıb.