Vilayət Eyvazovdan yeni TƏYİNAT
2021-04-07 23:59:00

Daxili İşlər orqanlarında yeni təyinat olub.
YAZTV-nin məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis baş leytenantı Xəlilov Emin Rəfail oğlu Şabran rayon Polis Şöbəsi DYPB-nin İnzibati Təcrübə üzrə Baş İnspektoru təyin edilib.
O, bu təyinata qədər Səbail Rayon Polis İdarəsində çalışıb.