Reqbi idman növünə həsr olunan onlayn seminar iştirakçıları mükafatlandırılıb

Reqbi idman növünə həsr olunan onlayn seminar iştirakçıları mükafatlandırılıb

Azərbaycan Reqbi Federasiyasının təşkil etdiyi "Reqbi idman növü kimi həyatımızda necə rol oynayır?" mövzusunda keçirilən onlayn seminar iştirakçılarına sertifikatlar təqdim olunub. YAZTV bildirir ki,  yerli və xarici idmançıların iştirakı ilə baş tutan seminarda Olimpiya oyunu olan reqbi idman növünün Azərbaycanda da sevildiyi vurğulanıb. Qonaqlarla ölkəmizdə bu idman növünün inkişafı istiqamətində geniş müzakirələr aparılıb.

Daha sonra Azərbaycan Reqbi Federasiyanın 1-ci Vitse-prezidenti Elvar Osmanov və Federasiyanın Baş katibi Əliniyaz Mirzəyev tərəfindən seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, tədbir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq keçirilib.