Magistraturaya qeydiyyatın müddəti uzadılıb

Magistraturaya qeydiyyatın müddəti uzadılıb

Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı “portal.edu.az” platformasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılır. Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, iyulun 21-i səhər saatlarına olan məlumata əsasən, 8941 (83 faiz) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61 faiz) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

 

 
 
 
 
 
 
Ad - 00:10
Orbit

 

Bakalavrların nəzərinə çatdırılır ki, qeydiyyat müddəti iyulun 26-sı saat 23:59-dək uzadılıb

Bakalavrlar “portal.edu.az” platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.