Azərbaycan İdman Könüllüləri İctimai Birliyi daha bir əməkdaşlıq memorandumuna imza atıb

 Azərbaycan İdman Könüllüləri İctimai Birliyi daha bir əməkdaşlıq memorandumuna imza atıb

Sabunçu rayon Gənclər və İdman İdarəsi ilə Azərbaycan İdman Könüllüləri İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İyulun 29-u Sabunçu rayon Gənclər və İdman İdarəsi ilə Azərbaycan İdman Könüllüləri İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
İdarənin rəisi Rakif Əliyev və Birliyin idarə heyətinin sədri Miraqil Seyidzadənin imzaladığı niyyət protokolu iki qurum arasında əməkdaşlıq münasibətlərinin qurulmasını nəzərdə tutur.


Sənəd Sabunçu rayon Gənclər və İdman İdarəsində keçirilən layihələrdə könüllülərin cəlb olunması,maarifləndirilməsi və təcrübə qazanmaqlarına dəstək olmağı özündə ehtiva edir.