Gəncədə dezinfeksiya işləri həyata keçirilib, iməclik təşkil olunub

Gəncədə dezinfeksiya işləri həyata keçirilib, iməclik təşkil olunub

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Gəncədə həyata keçirilən tibbi-profilaktiki tədbirlər davam etdirilir. Səhər saatlarından başlayaraq şəhərin əsas küçə və prospektlərində, o cümlədən Yeni Gəncə yaşayış massivində gücləndirilmiş dezinfeksiya işləri görülüb. Tərtib edilmiş qrafik üzrə həyata keçirilən işlərə Mənzil Kommunal Təsərüffatı İstehsalat Birliyinin texnika və canlı qüvvəsi cəlb olunub.

MKTİB-in su ciləyici avtomobilləri vasitəsilə şəhərin mərkəzi küçə və prospektləri xüsusi dezinfeksiyaedici məhlulla yuyulublar. Dezinfeksiya işləri çoxmənzilli yaşayış binalarında, park və xiyabanlarda, dayanacaqlarda, ATM və bankların qarşısında, o cümlədən insanların sıx toplaşdığı digər ərazilərdə də həyata keçirilib.

Dezinfeksiya ilə barəbər MKTİB əməkdaşları Gəncənin Heydər Əliyev Park-Kompleksinin ərazisində, şəhərin mərkəzi küçə və prospektlərindəki, yol kənarlarındakı yaşıllıq zolaqlarında təmizlik və abadlıq işləri də görüblər.

Sözügedən ərazilər alaq otlarından təmizlənib, ot örtüyü biçilərək səhmana salınıb, daş və digər tullantılar toplanaraq oradan uzaqlaşdırılıb. Ağaclara və yaşıllıq zolaqrlarına aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, sakinlərin sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə görülən işlər davamlı olaraq həyata keçirləcəkdir.