Gəncənin küçə işıqlandırılması ilə bağlı yeni layihənin icrasına başlanılıb

Gəncənin küçə işıqlandırılması ilə bağlı yeni layihənin icrasına başlanılıb

Nizami yurdu Gəncədə abadlıq-quruculuq işləri yüksək templə davam edir. Qədim tarixə malik olan bu şəhərin gözoxşayan məkanlarında, küçə və prospektlərində, o cüməldən qəsəbələrində görülən tədbirlərin əsas məqsədi sakinlərin və şəhərə gələn qonaqların rahatlığını təmin etməkdir.

Görülən abadlıq-quruculuq işləri çərivəsində Gəncənin işıqlandırılmasına da diqqət göstərilir. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunda, o cümlədən Gəncədə küçə işıqlandırılması ilə bağlı yeni layihə həyata keçirlir. Cari ilin sentyabr ayının əvvəlindən icasına başlanılan layihədə işlər üç - A (qazıntı işlərinin aparılması), B (elektrik kabellərinin çəkilməsi) və C (işıq dirəklərinin basıdırlması) kateqoriyaları üzrə aparılır.

Hazırda Gəncənin Cavad xan və Məhsəti qəsəbələrində, Gülüstan yaşayış massivində, Qarabağ, X.Rəfibəyli, Aşıq Ələsgər və digər küçələrində A kateqoriyası üzrə işlər yekunlaşmaq üzrədir. Oktyabr ayından isə işıq dirəlklərinin quraşdırılmasına başlanılacaq.
Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr olan 400-dən artıq küçədə 8 000 min yeni işıq dirəyi quraşdırılacaq. Layihənin yekununda şəhərin müxtəlif əraziləri “Fillips” şirkətinin müasir plafonları və led lampaları ilə işıqlandırılacaqdır.

Qeyd edək ki, sözügedən layihənin icrasını Bakı Abadlıq Xidməti ilə birgə Gəncə Şəhər İcra Hakimiyyəti həyata keçirir. Layihənin icrası ilə bağlı bir çox sakin işlə təmin olunub. Belə ki, hər üç kateqoriya üzrə işlərə 200-ə yaxın işçi cəlb edilib.