Gəncədə erməni terrorunun qurbanları yad olunub

Gəncədə erməni terrorunun qurbanları yad olunub
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə erməni terroru nəticəsində zərər dəymiş Qələbə parkına gənclərin ziyarəti təşkil olunub
 
Ziyarətdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax regional kordinatorluğunun koordinatoru Anar Əliyev,
Tələbə Gənclər Təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak etmişdir.
Qələbə parkı ətrafında zərər dəymiş ərazini 50-dən çox gənc ziyarət etmişdir.
 
Qeyd edək ki, Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.