Əli Əsədov: "Bu günədək vaksinasiya üçün 433 milyon manat ayrılıb"
Sənübər Qocayeva
“Gələn il də pandemiyanın qarşısının alınması ilə bağlı işlər davam etdiriləcək”.
YAZTV-nin xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, zəruri vaksin təminatının yaradılması ilə bağlı işlər həyata keçiriləcək: “Bu günədək əhalinin vaksinasiyası üçün 433 milyon manat ayrılıb".