Ötən il Azərbaycan vətəndaşı olan 923 qadın və 850 kişi əcnəbi ilə evlənib
Sənübər Qocayeva

Ötən il Azərbaycan vətəndaşları ilə (kişi və qadın) əcnəbilər arasında qeydə alınan nikahların sayı açıqlanıb.
Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Məlumat verilib ki, 2021-ci ildə qeydiyyat orqanlarında Azərbaycan vətəndaşı olan 923 qadının və 850 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb.