Təhsil Nazirliyi 8 Marta pul yığımına görə ictimaiyyətə müraciət etdi

Təhsil Nazirliyi 8 Marta pul yığımına görə ictimaiyyətə müraciət etdi

Təhsil Nazirliyi qarşıdan gələn 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ilə əlaqədar ictimaiyyətə müraciət edib.

Nazirlikdən YAZTV-yə verilən məlumata görə, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq:

"Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz".