Paşayev bir hissə oynadı

Paşayev bir hissə oynadı

Ukrayna Premyer Liqasında 24-cü turun oyunları keçirilib.
 
YAZTV xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” bu turda səfərdə “Rux”la qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
 
Paşayev də bu matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib
 
“Aleksandriya” 24 turdan sonra 29 xalla 14 komanda arasında 7-ci pillədə qərarlaşıb. (qol az)