“Neftçi” “Keşlə”ni məğlub etdi

“Neftçi” “Keşlə”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

YAZTV xəbər verir ki, günün ilk oyununda “Keşlə” klubu çempionluğa iddialı olan “Neftçi”ni qəbul edib.

“ASK Arena”da keçirilən görüş “Neftçi” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda ilk qolu “Keşlə”nin futbolçusu Tərlan Quliyev 38-ci dəqiqədə öz qapısına vurub. Matçın 74-cü dəqiqəsində Keysuke Honda fərqi iki topa çatdırıb. Bununla da yaponiyalı yarımmüdafiəçi yeni klubunda rəsmi oyunlarda ilk qola imza atıb.

Oyunda son nöqtəni kapitan Emin Mahmudov qoyub.

Bu nəticədən sonra xallarının sayını 50-yə çatdıran “Neftçi” turnir cədvəlində azı bir günlük liderliyi ələ alıb, “Keşlə” isə 23 xalla 6-cı sırada yer alıb.