Hazard üzr istədi

Hazard üzr istədi

"Real"ın futbolçusu Eden Hazard Madrid klubunun azarkeşlərindən üzr istəyib.

YAZTV xəbər verir ki, o, bununla bağlı "İnstaqram" hesabında yazıb:

 "Üzr istəyirəm. Bu gün haqqımda çox fikir oxudum. "Real" azarkeşlərini incitmək fikrim yox idi. Həmişə bu klubda oynamaq xəyalım olub və buraya qələbə üçün gəlmişəm. Mövsüm hələ bitməyib, birlikdə La Liqa üçün mübarizə aparmalıyıq!".

Xatırladaq ki, Hazard Çempionlar Liqasının yarımfinalında "Çelsi"yə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab oyunundan sonra London klubundakı sabiq komanda yoldaşları ilə söhbət edib. Hazard onlarla gülüb və zarafat edib. Həmin anlar televiziyada yayımlanıb. Onun bu hərəkəti azarkeşlərin narazılığına səbəb olub. (qol az)