Bu gün millimiz Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq

Bu gün millimiz Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq.

YAZTV xəbər verir ki, Gürcüstanda təşkil olunacaq birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız meydan sahibləri ilə yanaşı, Monteneqro və Yunanıstan komandaları ilə qarşılaşacaq.

Millimiz bu gün keçirəcəyi birinci oyununda Monteneqro seçməsini sınağa çəkəcək.

Mayın 8-də Azərbaycan-Gürcüstan, ertəsi gün isə Yunanıstan-Azərbaycan oyunları keçiriləcək. (AZƏRTAC)