"Yuventus"un oyunçuları "Milan"la matçdan sonra dalaşıblar

"Yuventus"un oyunçuları "Milan"la matçdan sonra dalaşıblar

İtaliya A Seriyasının IV turunda keçirilmiş "Yuventus" - "Milan" oyunundan sonra insident baş verib.

YAZTV-nin "Corriere della Sera" nəşrinə istinadən məlumatına görə, Turin klubunun qapıçısı Voytsex Şensnı və yarımmüdafiəçisi Adrien Rabyo dalaşıblar.

Meydanda başlayan münaqişə paltardəyişmə otağında da davam edib. İnsidentə polşalı qapıçının "Milan"ın hücumçusu Ante Rebiçin hesabı bərabərləşdirdiyi epizodda komanda yoldaşını itələməsi səbəb olub.

Komandanın baş məşqçisi Massimiliano Alleqrinin müdaxiləsindən sonra futbolçular sakitləşiblər. 54 yaşlı mütəxəssis bu səbəbdən oyunsonrası mətbuat konfransına gecikib.

Qeyd edək ki, "Yuventus" - "Milan" görüşü 1:1 hesabı ilə başa çatıb. (report az)