Suares oyunun bütün dəqiqələrində qol vurub

Suares oyunun bütün dəqiqələrində qol vurub

La Liqanın 6-cı turunda “Xetafe” ilə matç “Atletiko”nın futbolçusu Luis Suares üçün əlamətdar olub. 

YAZTV “El Pais”ə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu buna görüşdə dubl edərək nail olub. O, 78 və 90+1-ci dəqiqələrdə fərqlənib. Beləliklə, Suares karyerası ərzində matçın bütün dəqiqələrində qol vurmağı bacarıb. Uruqvaylı oyunçu hətta 90+7-ci dəqiqədə də qol vurub. 

 Daha əvvəl hazırda karyerasını davam etdirən futbolçulardan Zlatan İbrahimoviç və Kriştiano Ronaldo bu uğura imza atıb. 

Qeyd edək ki, Zlatan ümumilikdə 661 matçda 427 qol vurub və 238 qolun ötürməsi verib.

Əlavə edək ki, "Atletiko" həmin oyunda "Xetafe"yə 2:1 hesabı ilə qalib gəlib.  (qol az)