"Beşiktaş" Rozyeni birdəfəlik aldı

"Beşiktaş" Rozyeni birdəfəlik aldı

"Beşiktaş" "Sportinq"in (Portuqaliya) futbolçusu Valentin Rozyeni 4.8 milyon avroya birdəfəlik alıb.

YAZTV klubun saytına istinadən xəbər verir ki, fransalı müdafiəçi 2024/2025 mövsümünün sonuna kimi İstanbul təmsilçisində oynayacaq.

Qeyd edək ki, "Beşiktaş" bu yay Rozyeni yenidən icarəyə götürmüşdü. 25 yaşlı futbolçu ötən mövsüm də icarə əsasında "qara qartallar"da çıxış edib. (qol az)