Ronaldodan Corcinaya 105 min funt sterlinqlik hədiyyə - Şəkil

Ronaldodan Corcinaya 105 min funt sterlinqlik hədiyyə - Şəkil

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqesə etdiyi hədiyyə ilə diqqət çəkib.

YAZTV xarici KİV-lərə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu sevgilisinə 105 min funt sterlinq dəyərində zinət əşyalarını qoymaq üçün sandıq alıb.

 

Corcina hədiyyənin şəklini "İnstaqram" hesabından paylaşıb və bu sözləri yazıb: "Gözlərimə inana bilmirəm".

Qeyd edək ki, C.Rodriqesin zinət əşyalarına üstünlük verdiyi bildirilir.