Gəncə İdman Klubunun cüdoçusu yarışda uğur əldə edib

Gəncə İdman Klubunun cüdoçusu yarışda uğur əldə edib

Gəncə İdman Klubu İctimai Birliyinin Cüdoçusu Tofiq Əliyev Azərbaycan Cüdo Federasiyasının Kuboku uğrunda Bakı klublarıarsı kişilər və qadınların açıq yarışında ilk medal qazananlardan olub. Belə ki, o 66 kq çəki dərəcəsində yarışaraq 7 görüş keçirib. Məşqçi Samir İsmayılovun yetirməsi olan cüdoçu 3-cü yerə çıxaraq bürünc medala layiq görülüb.

Qeyd edək ki, 3 gün davam edəcək yarışda 32 klubun 234 idmançısı iştirak edir.