1954-cü ildə Dünya çempionu olmuş sonuncu futbolçu da öldü

1954-cü ildə Dünya çempionu olmuş sonuncu futbolçu da öldü

Almaniya millisinin sabiq futbolçusu Horst Ekkel dünyasını dəyişib

YAZTV xəbər verir ki, veteran yarımmüdafiəçi 89 yaşında vəfat edib.

Qeyd edək ki, Ekkel 1954-ci ildə İsveçrədəki dünya çempionatında qızıl medallar qazanmış yığmanın sonuncu yaşayan üzvü idi. O, həmçinin 1951-ci və 1953-cü illərdə ölkəsinin "Kayzerslautern" komandası ilə Almaniya çempionu olub.