Ronaldo: "Heç bir idman növündə futboldakı qədər yük yoxdur"

Ronaldo: "Heç bir idman növündə futboldakı qədər yük yoxdur"

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Amerikan futbolu oyunçusu Tom Bredi və basketbolçu LeBron Ceymslə müqayisə olunmasından danışıb. 

YAZTV xəbər verir ki, 36 yaşlı hücumçu ESPN-ə açıqlamasında deyib: 

 "Düşünürəm ki, idman növləri arasındakı fərqi qeyd etmək vacibdir. Uzun illər çıxış edən parlaq idmançıların adlarını çəkdiniz. Amma məncə, heç bir idman növündə futboldakı qədər yük yoxdur. Deyək ki, NBA-nın uzun istirahət dövrləri var. Amma mən bu mövzunu inkişaf etdirmək istəmirəm".  (qol az)